Moskvada azərbaycanlıların da çalışdığı “Sadovod” bazarı dron hücumuna məruz qalıb – VİDEObackend

Moskvada azərbaycanlıların da çalışdığı “Sadovod” bazarı dron hücumuna məruz qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ordusunun Moskvaya dron hücumu zamanı “Sadovod” bazarı zərər görüb.

Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları “Sadovod” Ticarət Mərkəzinin birinci sırasının damına düşüb.

Nəticədə yanğın baş verib. Qısa müddətdə yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, ticarət mərkəzində çalışan azərbaycanlı sahibkarların APA-ya dediklərinə görə, onların mağazaları müvəqqəti bağlanıb.

Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı Zavodu və “Sadovod” bazarı yaxın məsafədə yerləşirlər. Neft emalı zavodunu hədəfə alan dronların qalığının ticarət mərkəzinə düşdüyü bildirilib.