Ukrayna yeddi ölkənin iştirakı ilə regional sammit keçiribbackend

Ukrayna yeddi ölkənin iştirakı ilə regional sammit keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 18-də yeddi ölkənin lider və nümayəndələrini Kiyevdə regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün qəbul edib.

İlk dəfə keçirilən “Karpat səkkizliyi” sammitində Ukrayna ilə yanaşı Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan iştirak edib.

Associated Press-in məlumatına görə, görüşün əsas mövzuları təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq və regional əlaqələrin gücləndirilməsi olub. Avropa İttifaqı da sammitdə prosesə cəlb olunub.

Sammit Ukraynada Rusiya tərəfindən həyata keçirilən yeni hücumların fonunda baş tutub. AP-nin məlumatına görə, görüşdən əvvəl ölkənin bir sıra bölgələrinə zərbələr endirilib, nəticədə ölən və yaralananlar olub.

Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması istiqamətində ABŞ-ın vasitəçiliyi ilə aparılan diplomatik səylər isə əsasən ərazi məsələləri və gələcək təhlükəsizlik təminatları üzərindəki fikir ayrılıqları səbəbindən çətinliklərlə üzləşir. Kiyev mümkün razılaşmanın tərəfdaş ölkələr tərəfindən təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmasını istəyir.

Eyni zamanda Avropada Rusiyanın hibrid fəaliyyətləri ilə bağlı narahatlıqlar artır. Söhbət sabotaj, kiberhücumlar və pilotsuz uçuş aparatları ilə bağlı insidentlərdən gedir. Bu fonda Avropa ölkələri regional təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsini müzakirə edirlər.

//Samir Qurbanov, Editor.az