Rusiyadan İrəvana gətirilən seçicilərin adları ortaya çıxdı – Kreml üsyan hazırlayır? – VİDEObackend

Rusiyadan İrəvana gətirilən seçicilərin adları ortaya çıxdı – Kreml üsyan hazırlayır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Rusiyadan seçki üçün gətirilən şəxslərin adlarının yer aldığı qalmaqallı siyahılar yayılıb.

Musavat.com xəbər verir ki, siyahılarda Rusiyanın İrkutsk vilayətindən Ermənistana göndərilən şəxslərin ad və soyadları yer alır.

Məlumata görə, sosial şəbəkələrdə və bir sıra informasiya resurslarında yayılan siyahılarda həmin şəxslərin qarşıdan gələn parlament seçkilərində iştirak etmək məqsədilə Ermənistana gətirildiyi göstərilir.

Qeyd edək ki, bu, son həftələrdə Ermənistan seçkiləri ətrafında gündəmə gələn ilk belə məlumat deyil. Reuters agentliyi daha əvvəl Qərb kəşfiyyat mənbələrinə və əldə etdiyi sənədlərə istinadən yaydığı araşdırmada Rusiyada yaşayan erməni əsilli vətəndaşların seçkilər zamanı Ermənistana daşınması planının müzakirə edildiyini yazmışdı.

Həmin materialda 100 min nəfərə qədər seçicinin Ermənistana gətirilməsi imkanının nəzərdən keçirildiyi, bunun üçün isə təxminən 50 milyon dollar həcmində vəsait ayrılmasının planlaşdırıldığı bildirilirdi.

Reuters-in məlumatında vurğulanırdı ki, Ermənistan qanunvericiliyinə əsasən ölkə xaricində yaşayan vətəndaşlar xaricdən səs verə bilmədikləri üçün onların fiziki şəkildə Ermənistana gətirilməsi planlaşdırılıb.