Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandıbackend

Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın sədr müavini Məmməd İbrahimin cinayət işi məhkəmə icraatına verilib.

Editor.az “Teleqraf”a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüqar Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 3-nə təyin olunub.

Ə.Kərimli və M.İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs ediliblər.