Atasının uşaqlara qarşı cinsi zorakılıq görüntüləri saxlaması iddiaları Meqan Marklı sarsıtdıbackend

Atasının uşaqlara qarşı cinsi zorakılıq görüntüləri saxlaması iddiaları Meqan Marklı sarsıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya kral ailəsinin üzvü Meqan Markl atası Tomas Markl barəsində yayılan ağır iddialara münasibət bildirib. Düşes açıqlamasında baş verənlərdən dərin narahatlıq keçirdiyini deyib. Atası isə irəli sürülən ittihamları rədd edərək onları “iyrənc yalanlar” adlandırıb.

Editor.az-ın NBC News-a istinadən məlumatına görə, Britaniyanın “The Sun” nəşri Tomas Marklın Filippindəki evində uşaqlara qarşı cinsi zorakılıq görüntüləri saxlaması ilə bağlı iddiaların araşdırıldığını yazıb. Nəşrin məlumatına görə, bu barədə polisə məlumat verən şəxs onun oğlu Tomas Markl kiçik olub.

Tomas Markl isə “Daily Mail” qəzetinə açıqlamasında ittihamları qəbul etməyib və bunları ona qarşı irəli sürülə biləcək ən ağır suçlamalardan biri kimi qiymətləndirib.

Meqan Marklın açıqlaması diqqət çəkdi

Meqan bildirib ki, 2018-ci ildə polis tərəfindən atasına qarşı narahatedici iddialar barədə məlumatlandırılıb. Onun sözlərinə görə, həmin vaxt məsələ ilə bağlı araşdırma aparılacağına dair təminat verilib.

Düşes uşaqları Arçi və Lilibeti babalarından uzaq tutmaq qərarının səbəbini də açıqlayıb. O bildirib ki, bu addımı yalnız övladlarını qorumaq məqsədilə atıb.

Meqan açıqlamasında mümkün zərərçəkən uşaqlara görə narahatlığını ifadə edib və iş üzrə ədalətin təmin olunacağına ümid etdiyini vurğulayıb.

Ata ilə qız arasında münasibətlər uzun müddətdir gərgindir

Meqan Marklın atası ilə münasibətləri illərdir mürəkkəb olaraq qalır. Tomas Markl 2018-ci ildə şahzadə Harri ilə keçirilən toy mərasimində iştirak etməyib.

Məlumata görə, Meqan atasına qarşı iddialardan 2018-ci ilin yayında, toyundan sonra xəbər tutub. Cütlüyün nümayəndəsi bu məlumatı mediaya təsdiqləyib.

Qeyd edək ki, Tomas Markl barəsində səsləndirilən ittihamlar hələlik iddia xarakteri daşıyır. Onun günahının təsdiqləndiyi barədə məlumat yoxdur. Hadisə ilə bağlı müvafiq polis qurumlarından rəsmi açıqlama verilməyib.

\\ Aydan Bünyatova, Editor.az