Stoltenberqdən NATO ilə bağlı narahatedici açıqlama
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Alyans daxilində ABŞ və Avropa müttəfiqləri arasında münasibətlərin daha da mürəkkəbləşdiyini bildirib.
O, verdiyi müsahibədə NATO-nun gələcəyi ilə bağlı nikbin olmadığını vurğulayaraq, vəziyyətin son illərlə müqayisədə daha mənfi istiqamətdə inkişaf etdiyini qeyd edib.
“İki il əvvəlkindən daha optimist deyiləm. Əksinə, vəziyyət daha pis istiqamətdə gedir”, – deyə Stoltenberq bildirib.
Keçmiş baş katibin sözlərinə görə, NATO daxilində artan fikir ayrılıqları Alyansın qarşıdakı dövrdə üzləşə biləcəyi əsas çağırışlardan biridir.
//Samir Qurbanov, Editor.az


