TƏCİLİ! İran ELAN ETDİ – Dəhşətli müharibə başlayırbackend

TƏCİLİ! İran ELAN ETDİ – Dəhşətli müharibə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ilə ABŞ arasında regionda davam edən hərbi-siyasi gərginlik fonunda Tehranın yüksək rütbəli hərbi komandanlığından dünyanı lərzəyə gətirəcək növbəti sərt bəyanat gəlib. İran tərəfi Vaşinqtonun tələblərinə heç bir halda boyun əyməyəcəyini və hərbi ssenarilərə tam hazır olduğunu ən kəskin formada bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiyə” mərkəzi hərbi qərargahının müfəttiş müavini, yüksək rütbəli hərbçi Məhəmməd Cəfər Əsədi bu gün (çərşənbə axşamı) verdiyi açıqlamasında bildirib.

Hərbi rəsmi qeyd edib ki, Amerika Birləşmiş Ştatları hazırkı təzyiqləri ilə İslam Respublikasının “tam təslim olmasını” hədəfləyir. Lakin İranın heç bir vəchlə təslim olmayacağını vurğulayan Əsədi, bu vəziyyətin müharibənin davam etməsi mənasına gəldiyini diqqətə çatdırıb: “Təslim olmaq yoxdursa, deməli, qarşıda müharibə var. Biz isə hələ özümüzün bütün kozırlarımızı (gizli güclərimizi) açmamışıq”.