The Telegraph: Ukrayna NATO ölkələrində olmayan silah istehsal ekosistemi yaradıbbackend

The Telegraph: Ukrayna NATO ölkələrində olmayan silah istehsal ekosistemi yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

The Telegraph yazır ki, Ukraynada geniş əraziyə yayılmış emalatxanalar və kiçik zavodlar əsasında formalaşan müdafiə sənayesi ekosistemi sürətlə inkişaf edir və bir çox NATO ölkələrinin ənənəvi hərbi istehsal modelindən daha çevik işləyir.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyi Ukrayna Müdafiə Nazirliyi may ayında 175 yeni silah sistemini döyüş istifadəsi üçün sertifikatlaşdırıb. Bildirilir ki, bu sistemlərin təxminən 93 faizi ölkə daxilində tam şəkildə hazırlanıb və istehsal edilib.
Nəşr qeyd edir ki, bu proses Ukraynanın müharibə şəraitində sürətli innovasiya və yerli istehsal imkanlarını gücləndirdiyini göstərir. Eyni zamanda, bu sürətin bəzi NATO ölkələrinin müdafiə sənayesi ilə müqayisədə daha dinamik olduğu vurğulanır.

Bununla belə, ekspertlər bu modelin üstünlükləri ilə yanaşı, müharibə şəraitinə bağlı risklər və uzunmüddətli dayanıqlılıq məsələlərinin də diqqətdə saxlanılmalı olduğunu bildirirlər.

//Samir Qurbanov, Editor.az