Tramp Si Cinpinin İranla bağlı yardım təklifini QƏBUL ETMƏDİbackend

Tramp Si Cinpinin İranla bağlı yardım təklifini QƏBUL ETMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun İranla münaqişənin nizamlanmasında Çinin köməyinə ehtiyacı olmadığını iddia edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə, o, “Fox News” telekanalına müsahibəsində danışıb.

Trampdan Çin sədri Si Cinpinin Yaxın Şərq münaqişəsinin nizamlanması ilə bağlı yardım təklif etməsi məsələsinə münasibət bildirməsi istənilib.

“Mən həmçinin dedim ki, bizə kömək lazım deyil. Mən bunu xahiş etməmişdim”, – deyə Ağ Ev rəhbəri qeyd edib.