Makrondan Rusiyanın Kiyevə hücumlarına sərt reaksiya: Avropa geri çəkilməyəcəkbackend

Makrondan Rusiyanın Kiyevə hücumlarına sərt reaksiya: Avropa geri çəkilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Kiyevə endirdiyi son hava zərbələrini qətiyyətlə pisləyərək, Avropanın Ukraynaya dəstək məsələsində nə yorğunluğa, nə də təhdidlərə boyun əyməyəcəyini bəyan edib.

Makron vurğulayıb ki, Rusiyanın davam edən hücumları Avropa ölkələrinin mövqeyini dəyişməyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı və tərəfdaşları Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyi davam etdirəcək, eyni zamanda Moskvaya qarşı təzyiqləri artırmaq üçün səylərini gücləndirəcək.

Fransa lideri bildirib ki, Ukraynaya dəstək Avropanın təhlükəsizliyi və qitədə sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

//Samir Qurbanov, Editor.az