Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümünü təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.
“Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü mübarək olsun!
Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq.
Hər zaman bir ürək, bir yumruq olmağa davam edəcəyik!” – deyə paylaşımda bildirilib.

