Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı “İslam NATO-su”nu yaratdılar – FOTObackend

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı “İslam NATO-su”nu yaratdılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmi olaraq “Məkkə müqaviləsi” adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar.

Oxu.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə “Məkkə müqaviləsi”nin ən mühüm bəndi kollektiv müdafiə haqqında müddəadır.

Bu üç dövlətdən hər hansı birinə qarşı edilən silahlı hücum hər üçünə qarşı edilmiş hücum kimi qəbul olunacaq.

Saziş təcavüzün kollektiv şəkildə qarşısının alınmasını gücləndirmək və ölkələr arasında müdafiə əməkdaşlığının bütün istiqamətlərini genişləndirmək məqsədi daşıyır.

NTV telekanalının məlumatına əsasən, sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İslam NATO-sunu yaratdılar - FOTO

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İslam NATO-sunu yaratdılar - FOTO

Telekanalın Ankaradakı mənbələrinin bildirdiklərinə görə, tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, Yaxın Şərq daxil olmaqla regional böhranların həlli istiqamətində səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatları mübadiləsi aparmağı planlaşdırırlar.

Bir sıra ölkələrdə “İslam NATO-su” kimi tanınan bu alyansın yaradılması ilə bağlı danışıqlar ötən ilin sonundan etibarən davam edirdi. Əməkdaşlığın istiqamətlərindən biri Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin yaradılması proqramına qoşulması ola bilər.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İslam NATO-sunu yaratdılar - FOTO