Yəməndə SEPAH zabitləri ÖLDÜRÜLDÜbackend

Yəməndə SEPAH zabitləri ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) iki zabiti və onlarla əlaqəli bir İraq vətəndaşı həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, üç nəfər Yəmən hökumət qüvvələri ilə baş verən toqquşmalar zamanı qətlə yetirilib.

Ölən şəxslər Yəməndə SEPAH-ın mütəxəssisləri kimi fəaliyyət göstəriblər. Onların kimliyi, habelə, ölümün dəqiq vaxtı və yeri açıqlanmayıb.

Qeyd olunub ki, Yəməndə husilərin hərbi birləşmələrindən biri olan “Ələviyyə əl-Fəth” Briqadasının komandiri də pilotsuz uçuş aparatının hücumu nəticəsində yaralanıb.