Tramp Ukrayna əsilli Aleksandr Vindmana qarşı sərt ittihamlar səsləndirdibackend

Tramp Ukrayna əsilli Aleksandr Vindmana qarşı sərt ittihamlar səsləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Florida ştatında Senat seçkiləri üzrə Demokratlar Partiyasının praymerizində məğlub olan Ukrayna əsilli Aleksandr Vindmanı sərt şəkildə tənqid edib.

Tramp Vindmanın seçkidə məğlubiyyətinə münasibət bildirərkən onu “satqın” və “yaramaz” adlandırıb. ABŞ lideri bu barədə Truth Social hesabında paylaşım edib.

Tramp həmçinin Vindmanın 2019-cu ildə onun ilk impiçment prosesi çərçivəsində verdiyi ifadələrə görə təqib olunmalı olduğunu bildirib.

Vindman Florida ştatında Demokratların Senat praymerizində ştat nümayəndəsi Anqi Niksona məğlub olub. Son nəticələrə görə, Nikson təxminən 56 faiz, Vindman isə 44 faiz səs toplayıb.
1975-ci ildə Kiyevdə anadan olan Vindman ABŞ ordusunun istefada olan polkovnik-leytenantıdır. O, Donald Trampın ilk prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasında çalışıb və 2019-cu ildə Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı ilə bağlı Konqresdə ifadə verərək ölkə gündəminə çıxıb.

Praymerizdə qələbə qazanan Anqi Nikson noyabrda keçiriləcək xüsusi Senat seçkisində Respublikaçılar Partiyasının namizədi Eşli Mudi ilə qarşılaşacaq.

//Samir Qurbanov, Editor.az