Avstraliyalı turist Nyu-Yorkda restoranda bıçaqlı hücuma məruz qaldıbackend

Avstraliyalı turist Nyu-Yorkda restoranda bıçaqlı hücuma məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərinin Manhetten rayonunda 19 yaşlı avstraliyalı turist McDonald’s restoranında bıçaqlı hücuma məruz qalıb.

Hadisə avqustun 17-də gecə saat 02:00 radələrində, 8-ci prospektdə, Penn Station yaxınlığında yerləşən restoranda baş verib. Polis və hüquq-mühafizə orqanlarının məlumatına görə, turist yemək yeyərkən 25 yaşlı Juan Mercedes ilə aralarında mübahisə yaranıb. Bundan sonra şübhəli ona bıçaqla hücum edib.

Hücum nəticəsində turistin döş qəfəsi və kürək nahiyəsindən xəsarət aldığı bildirilib. O, təcili tibbi yardım maşını ilə Bellevue Hospital-a çatdırılıb və vəziyyətinin stabil olduğu açıqlanıb. Həkimlər onun sağalacağını gözləyirlər.

Polis hadisədən sonra Florida ştatından olan 25 yaşlı Juan Mercedes-i saxlayıb. O, ilkin olaraq hücumda ittiham edilib. Daha sonra məhkəmədə ona adam öldürməyə cəhd ittihamı irəli sürülüb və 150 min dollar girov müəyyən edilib.
İstintaqın ilkin versiyasına görə, hücum əsasən səbəbsiz olub. Hadisə ilə bağlı araşdırma davam edir.

//Samir Qurbanov, Editor.az