Rusiya bizdən nə istəyir…backend

Rusiya bizdən nə istəyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan nə qədər çalışsada Rusiya ilə normal, bərabərhüquqlu qonşuluq münasibətlərində olsun qarşı tərəf yenə də bizə “böyük qardaşlıq” etmək mərəzindən xilas ola bilmir. Azərbaycan 2022-ci ildə Rusiya ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzaladı. Ancaq Rusiya bu illər ərzində yenə dəyişmədi. Rusiya bizdən nə istəyir?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Rusiyanın tələbləri çoxdur və bu tələblər haqsızdır: “Rusiya istəyir ki, Azərbaycan 2022-ci ildə fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə uyğun hərəkət eləsin və orada yazılanları yerinə yetirsin, özü isə həmin sənədə əhəmiyyət verməsin. Rusiya onu da nəzərə almır ki, Bu Bəyannamə parlamentlərdə ratifkasiya olunmayıb. Rusiya istəyir ki, Azərbaycan Rusiyaya münasibətdə daim güzəştli mövqe tutsun. Məlumdur ki, Azərbaycanla Rusiya arasında münasibətlər AZAL-ın mülki təyyarəsinin vurulmasından sonra kəskinləşdi. Azərbaycan beynəlxalq hüquqa uyğun tələblər irəli sürdü-Rusiya üzr istəməlidir, günahkarlar cəzalandırılmalıdır, təzminat ödənməlidir. Ancaq Rusiya bu tələbləri yerinə yetirməmək üçün uzun müddət mqavimət göstərdi və özünü çox saymzyana apardı.

Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini qəbul eləmək istəmir. Rusiya Azərbaycan rəsmilərinin onun Ukrayna torpaqlarını işğal etməsi barədə bəyanatlarından narahat olur və hesab edir ki, hamıya məlum olan həqiqəti Azərbaycan və digər qonşular səsləndirməməlidir. Ancaq Azərbaycan rəhbərliyi beynəlxalq hüquq normalarına, humanitar hüquqa əsalanan mövqeyini davam etdirib və etdirir”.

Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana qarşı olan ədalətsiz bəyanatlara Azərbaycan dərhal reaksiya verir, bu da Moskvanın xoşuna gəlmir, onlar hesab edirələr ki, Rusiya təmsilçiləri istədiyi kimi danışa bilər, ancaq keçmiş Sovet İttifaqında olmuş ölkələr kəskin reaksiya verməməlidirlər:
“Rusiya istəyir ki, onun ərazisində yaşayan soydaşlarımıza qarşı istədiyi qanunsuz hərəkətləri icra eləsin, lakin Azərbaycan buna da reaksiya verməsin. Azərbaycan öz ərazisində Rusiya kəşfiyyat nümayəndələrinin fəaliyyət göstərməsinin qarşısını alır, Rusiya hesab edir ki, Azərbaycan bunu etməməlidir. Bir sözlə, Rusiya çox şey istəyir, lakin özünə gələndə heç bir istəyi nəzərə almır. Rusiya SSRİ dövründəki kimi davranmaq istəyir”.

Musavat.com