Paşinyan Azərbaycanı bu siyahıya salmadıbackend

Paşinyan Azərbaycanı bu siyahıya salmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası ölkənin qarşıdakı beş il üçün xarici siyasət istiqamətlərini müəyyənləşdirib. Prioritetlər sırasında Türkiyə, Avropa İttifaqı və ABŞ yer alıb.

Globalinfo.az xəbər verir ki, müvafiq layihə Ermənistanın vahid elektron hökumət portalında dərc olunub.

Sənəddə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması istiqamətində işlərin aparılmasının nəzərdə tutulduğu bildirilir.

Ermənistan həmçinin Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini planlaşdırır.

Növbəti beş il ərzində ABŞ-la münasibətlərin daha da dərinləşdirilməsi də İrəvanın prioritetlərindən biri kimi göstərilir.

Qeyd edək ki, sözügedən sənəddə prioritetlər sırasında Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə hər hansı məsələnin yer almaması diqqət çəkir.