Ukrayna Prezidenti Volodimir Zelenski yeni müdafiə naziri Yevgeni Xmaranın qarşısında duran əsas vəzifəni açıqlayıb.
Zelenski 19 avqust tarixli videomüraciətində bildirib ki, Xmaranın başlıca işi Ukraynanın müdafiə sisteminin, silah istehsalı və satınalmalarının, eləcə də ordunun təchizat mexanizminin səmərəli şəkildə qurulması olacaq.
Prezidentin sözlərinə görə, sistem elə təşkil edilməlidir ki, Ukrayna ordusu Rusiya hücumlarının dəf edilməsi, cəbhədə mövqelərin qorunması və aktiv hərbi əməliyyatların aparılması üçün bütün zəruri vasitələrlə təmin olunsun.
Zelenski həmçinin Müdafiə Nazirliyindən Ukraynanın uzaqmənzilli zərbələrinin imkanlarının genişləndirilməsini, hava hücumundan müdafiənin gücləndirilməsini və müdafiə ilə hücum əməliyyatları üçün imkanların artırılmasını gözlədiyini bildirib.
Xmaranın Ukraynanın müdafiə naziri vəzifəsinə təyinatı 19 avqustda Ali Rada tərəfindən dəstəklənib.
//Samir Qurbanov, Editor.az

