Baş Qərargahdan “Progress” zavoduna zərbə ilə bağlı yeni məlumatbackend

Baş Qərargahdan “Progress” zavoduna zərbə ilə bağlı yeni məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Samara vilayətində yerləşən “Progress” Raket-Kosmik Mərkəzinə avqustun 15-də endirilən zərbənin nəticələri barədə yeni məlumat açıqlayıb.

Editor.az xəbər verir ki, Baş Qərargahın bildirdiyinə görə, əlavə məlumatların təhlili nəticəsində “Soyuz” tipli daşıyıcı raketlər üçün mühərriklərin yığıldığı istehsalat sexinin, eləcə də “Aviakor” aviasiya zavodunun aviasiya texnikasına xidmət göstərən sexinin vurulduğu təsdiqlənib.

Bundan başqa, “Progress” mərkəzinə zərbə nəticəsində təxminən 5 min kvadratmetr ərazini əhatə edən yanğın qeydə alınıb.

“Progress” Raket-Kosmik Mərkəzi Rusiyanın “Soyuz” ailəsinə aid daşıyıcı raketlərinin istehsalında əsas müəssisələrdən biri hesab olunur. Bu raketlər kosmik aparatların orbitə çıxarılmasında istifadə edilir.
Ukrayna tərəfi belə zərbələrin Rusiyanın hərbi-texnoloji imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirir.

//Samir Qurbanov, Editor.az