Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusunun Dnepropetrovsk vilayətinin Raduşne yaşayış məntəqəsinə endirdiyi raket zərbəsində, ilkin məlumatlara əsasən, Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə edilib.
Zelenski video müraciətində qeyd edib ki, raketin mənşəyi üzrə araşdırmalar davam edir. Onun sözlərinə görə, hadisə yerində aşkarlanan raket qalıqlarının ekspertizası davam etsə də, ilkin nəticələr Şimali Koreya istehsalı raketdən istifadə olunduğunu göstərir.
Ukrayna Prezidenti bu cür silahların Rusiyaya verilməsinin beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olduğunu vurğulayaraq, tərəfdaş ölkələri Moskvaya qarşı təzyiqləri daha da artırmağa çağırıb.
Rusiya tərəfi isə Zelenskinin bu açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.
//Samir Qurbanov, Editor.az

