Volodimir Zelenski Ukraynaya qarşı mümkün gələcək hücumların istiqamətləri barədə açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna daxilində raket texnologiyalarının hazırlanması və inkişafı ilə məşğul olan müəssisələr Rusiya tərəfindən prioritet hədəflər kimi müəyyən edilə bilər.
Zelenski bildirib ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin son dövrlərdə əldə etdiyi irəliləyişlər onların diqqət mərkəzinə düşməsinə səbəb ola bilər.
Məlumat dövlət başçısının rəsmi Telegram kanalında yayımlanan açıqlamaya istinadən verilib.


