65-dən sonra yeni artım ola bilər – Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMAbackend

65-dən sonra yeni artım ola bilər – Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qadınlar üçün pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb və iyulun 1-dən etibarən həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65 olacaq. Bu dəyişiklikdən sonra diqqətlər növbəti mərhələdə pensiya yaş həddinin yenidən artırılıb-artırılmayacağı məsələsinə yönəlib.

Bəs demoqrafik və iqtisadi göstəricilər nəzərə alınaraq gələcəkdə kişilər üçün də pensiya yaşının artırılması gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, pensiya yaş həddinin müəyyənləşdirilməsi elmi əsaslandırmalara söykənir.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

Deputatın sözlərinə görə, bu zaman əsas meyarlardan biri orta ömür uzunluğudur:

“Adətən ölüm yaşı müəyyən olunur. Azərbaycanda bu göstərici təxminən 74-77 yaş civarındadır. Pensiya yaşı da həmin göstəricilər nəzərə alınmaqla müəyyən edilir. Bu baxımdan pensiya yaşının artırılması məsələsi ümumi metodologiyaya uyğun şəkildə qiymətləndirilir”.

F.Mustafa qeyd edib ki, gələcəkdə pensiya yaş həddinin yenidən artırılması məsələsi yalnız müvafiq qurumların apardığı təhlillərdən sonra gündəmə gələ bilər:

“Bu məsələ aidiyyəti qurumlar tərəfindən analiz edilməli və imkanlar çərçivəsində pensiya yaşının artırılmasına baxılmalıdır. Ola bilər ki, burada hətta 1 yaşlıq dəyişiklik belə müəyyən təsir göstərsin. Bu, insanların əmək fəaliyyətini daha uzun müddət davam etdirməsinə şərait yaradacaq”.

Deputat hesab edir ki, hazırda diqqət daha çox qadınların pensiya təminatı ilə bağlı problemlərinin həllinə yönəldilməlidir:

“Əvvəlcə qadınlarla bağlı məsələlər öz həllini tapmalıdır. Xüsusilə övlad böyüdən, çoxuşaqlı ailələrdə yaşayan və əmək şəraiti ağır olan qadınların pensiya ilə bağlı problemləri nəzərə alınmalıdır. Bu istiqamətdə daha həssas yanaşmaya ehtiyac var.

Pensiya yaşının artırılması kimi mühüm qərarlar ciddi elmi araşdırmalar və müvafiq qurumların rəyləri əsasında qəbul edilməlidir”.

Beləliklə, deputat kişilər üçün pensiya yaşının artırılmasını istisna etməsə də, bunun yalnız demoqrafik göstəricilər, iqtisadi amillər və elmi araşdırmalar əsasında mümkün ola biləcəyini bildirib.