Lamiyənin öldürülmədən 10 gün əvvəlki GÖRÜNTÜLƏRİ yayıldı – VİDEObackend

Lamiyənin öldürülmədən 10 gün əvvəlki GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay vilayətində nişanlısı tərəfindən atası ilə birlikdə qətlə yetirilən 30 yaşlı Lamiyə Azazinin ölümündən əvvəl çəkilmiş son görüntüləri üzə çıxıb.

Musavat.com xəbər verir ki, gənc qadının hadisədən təxminən 10 gün əvvəl bir zərgərlik mağazasına gedərək bilərzik qiymətləri ilə maraqlandığı və mağaza sahibi ilə söhbət etdiyi məlum olub.

İddialara görə, Lamiyə həmin söhbət zamanı nişanlısının həddindən artıq qısqanclığından şikayət edib. O, nişanlısının onu davamlı telefonla axtardığını, zənglərə cavab vermədikdə isə əsəbiləşdiyini və bu səbəbdən ayrılmağı düşündüyünü bildirib. Zərgərlik mağazasının sahibi gənc qadının sakit, özünəinamlı biri olduğunu və belə bir faciənin baş verəcəyini düşünmədiyini deyib.

Xatırladaq ki, Hatayın Defne rayonunda yaşayan Lamiya Azazi ilə nişanlısı Üstün Ç. arasında münasibətlər gərginləşib. Ayrılmaq qərarı alan qadının yaşadığı konteynerə gələn şübhəli şəxs burada yaranan mübahisə zamanı Lamiya Azazi və atası Yusuf Azazini silahla qətlə yetirib. Hadisədən sonra qaçan şübhəlinin saxlanılması istiqamətində araşdırmalar davam edir.

Musavat.com