Ukrayna–Rusiya savaşı qızışır: qarşılıqlı zərbələr hara aparır?backend

Ukrayna–Rusiya savaşı qızışır: qarşılıqlı zərbələr hara aparır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya–Ukrayna müharibəsi cəbhə xəttində və arxa cəbhədə qarşılıqlı zərbələrin intensivləşməsi ilə yeni mərhələyə keçib. Son günlərdə hər iki tərəfin həyata keçirdiyi hücumların miqyası və intensivliyi münaqişənin daha da kəskinləşdiyini göstərir. Analitiklər bu eskalasiyanı həm hərbi üstünlük uğrunda mübarizə, həm də mümkün danışıqlar öncəsi mövqelərin gücləndirilməsi cəhdi kimi qiymətləndirirlər.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, proseslərdə həqiqətən də yumşalma yoxdur, əksinə sərtləşmə gedir və qarşılıqlı zərbələr daha sərt mahiyyət daşıyır:

“Bu istiqamətdə Ukrayna mən deyərdim nisbətən taktiki üstünlüyü ələ keçirmək üzrədir. Çünki onların artıq hazırlığı da göstərir ki, cəbhəxanalarında bir qədər boşluqlar bağlanıb, silah-sursat var. Məsəl üçün, Moskvaya olan son hücumlar da onu göstərir ki, yəni 150-yə yaxın uçan pilotsuz təyyarə, nə bilim, dron-kamikaze və sair vasitələr istifadə olunur. Və bu nədən xəbər verir? Əlbəttə, bu yaxınlara qədər artıq yenidən danışıqlarla bağlı söhbətlər, müzakirələr ortaya çıxmışdı və bildirilirdi ki, ən yaxın zamanda nümayəndələr artıq masa arxasında görüşə bilər. Mənə elə gəlir ki, Ukraynanın burda əsas qayəsi ondan ibarətdir ki, birincisi təşəbbüsü ələ keçirsin və digər tərəfdən əgər danışıqlar başlayacaqsa, onların danışıqlardakı mövqeyi bir qədər təpərli olsun. Çünki istər-istəməz həmişə zəif tərəf şərtlərə getməli olur. Amma bu dəfə Ukrayna özünün yüksək hərbi-texniki hazırlığını nümayiş etdirir, sonra çəkinmədən hücumları tətbiq eləyir və həm də bu demək Rusiya Federasiyasında, xüsusən də iri şəhərlərdə — Moskvadır, Peterburqdur, nə bilim digər şəhərlərdə də artıq bir qədər bədgümanlıq yaradıb ki, havadan hava hücumlarından müdafiə sistemləri deyəsən bir qədər zəifləyib və uçan aparatların qarşısı alına bilmir.

Amma əslində Ukraynanın həm də bir məqsədi var — onlar söz veriblər ki, biz Rusiya camaatının həyatını dəhşətlərə qərq edəcəyik. Yəni biz elə eləyəcəyik ki, onlar artıq da rahat yaşamaq nədir bilməsinlər. Təbii ki, müharibədə həm ön xəttin özünəməxsus mahiyyəti var, yəni strateji mahiyyəti, həm arxa cəbhənin, arxa xəttin. Yəni bunlar ümumilikdə bir-birlərini gərək tamamlasınlar. İndi əgər həqiqətən də artıq müharibədən birincisi yorğunluq hissi yaranır. Rusiyada bu xüsusilə bilinir, Ukraynada daha çox bilinir, çünki Ukraynanın demoqrafik resursu tükənmək üzrədir. Və əlbəttə, belə olduğu halda cəmiyyətlərdə həm də pasifizm, yəni müharibəyə qarşı bir etiraz, bir etiraz dalğası qalxır”.

Onun sözlərinə görə, öndə olan, ön xətdə olan, hücumda olan hərbçilər əgər geriyə dönə-dönə gedirlərsə irəli, onda onlar heç vaxt müvəffəqiyyət qazanmazlar:

“Yəni həm də onlar əmin olmalıdırlar ki, arxa cəbhədə, cəmiyyətdə bunların o şücaətinə, bunların təpərinə, vuruşma qabiliyyətinə insanlar, ailə üzvləri, yaxınları, ümumiyyətlə cəmiyyət çox böyük ümidlər bəsləyir. O baxımdan da mən elə başa düşürəm ki, Ukrayna çalışır ki, məhz Rusiyanın arxa cəbhəsində bir qədər vakuumun yaranmasına bir şərait yaratsın, sonra bu zərbələr fonunda da əlbəttə ki, camaat həm bədgüman olur, həm bədbinliyə qapılır və digər tərəfdən də çalışır bilsin ki, bəs bu müharibə nəhayət nə zaman bitəcək.

Ukrayna üçün də bax bu üstünlüyü ələ keçirmək nəyə görə vacibdir ki, yenə deyirəm, o torpaqlar məsələsini artıq qətiyyətlə Rusiya qarşısında qaldırsın. İnanmıram ki, Rusiya buna razılıq versin, çünki faktiki olaraq bəlli bir həqiqətdir, mətləbdir ki, əgər hər hansı bir ərazilər alınıbsa, deməli onların üzərində qan tökülüb, deməli onlar artıq geri qaydası sayıla bilməz. Bax bu baxımdan da düşünürəm ki, Ukrayna tərəfi çalışacaq elə bir üstünlük əldə eləsin, elə bir təşəbbüsə yiyə çıxsın ki, artıq Rusiya qarşısında öz tələblərini qətiyyətlə bildirsin.

İndi hər halda burda bir çox məsələlər də Qərbdən asılı olacaq. Düzdür, indi Tramp Ukraynaya heç bir nəvaziş, bir nəbilim yaxşı münasibət bəsləmir, bildirmir, heç bundan da bir sirr düzəltmir. Amma o ki qaldı Avropaya, xüsusilə də Britaniyaya, Böyük Britaniya çox canfəşanlıq eləyir ki, Ukrayna burda tək deyil, biz sənin yanındayıq, biz sənə silah-sursatı verəcəyik, təki sən vuruş. İndi bu baxımdan da indi nə dərəcədə Ukraynanın hərbi birləşmələrinin məharəti, sonra onların bacarığı, manevr imkanları güclü olacaqsa, bir o qədər də onlar ümidləri doğruda bilərlər.

Amma ümumilikdə yenə deyirəm ki, hər iki tərəfdə artıq müharibədən doyma effekti yaranıb, yəni insanlar yorulublar və nəyin bahasına olursa-olsun deyirlər ki, artıq heç olmasa sülh danışıqlarına başlamaq lazımdır. İndi yəqin ki, Qərb bunu əgər məqbul sayarsa, bu baş verə bilər. Amma elə düşünürəm ki, Qərb hələ ki bu niyyətdə deyil və onların da əsas istəyi ondan ibarətdir ki, Rusiyanı maksimal dərəcədə zəiflətsinlər. İndi görək Rusiya bu məsələlərə necə cavab verəcək”.

//Gülnarə Abasova, Editor.az