Mbappe Dünya Çempionatları tarixində bombardirlər siyahısında ikinci pilləyə yüksəlibbackend

Mbappe Dünya Çempionatları tarixində bombardirlər siyahısında ikinci pilləyə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisinin və Real Madrid klubunun hücumçusu Kilian Mbappe 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda İraqa qarşı keçirilən oyunda dubl edərək tarixi göstəriciyə imza atıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

27 yaşlı futbolçu görüşün hər iki hissəsində bir dəfə fərqlənərək mundiallardakı qollarının sayını 16-ya çatdırıb. Bununla da Mbappe Dünya Çempionatları tarixinin ən məhsuldar bombardirləri siyahısında almaniyalı əfsanəvi hücumçu Miroslav Klose ilə eyni göstəriciyə sahib olaraq ikinci pilləyə yüksəlib.  

Siyahıya 18 qolla argentinalı superulduz Lionel Messi başçılıq edir.  

Qarşılaşma Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk turda Fransa Seneqal üzərində qələbə qazanmışdı, İraq isə Norveçə məğlub olmuşdu.  

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanada ev sahibliyi ilə keçirilir. Turnirin son qalibi isə 2022-ci ildə dünya çempionu olmuş Argentina millisidir.  

//Gülnarə Abasova, Editor.az