Belarus müxalifəti: Lukaşenko Ukraynaya qarşı müharibəyə hazırlaşırbackend

Belarus müxalifəti: Lukaşenko Ukraynaya qarşı müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun demokratik müxalifəti Ukraynanın xarici işlər naziri Andriy Sıbihaya təqdim etdiyi hesabatda Aleksandr Lukaşenko rejiminin Ukraynaya qarşı müharibədə birbaşa iştirak üçün sistemli hazırlıq apardığını iddia edib.

Sənəddə Belarusun hərbiləşdirilməsi, ordunun gücləndirilməsi, hərbi infrastrukturun modernləşdirilməsi və ölkənin hərbi potensialının səfərbərlik rejiminə uyğunlaşdırılması ilə bağlı faktların toplandığı bildirilir.

Müxalifət nümayəndələrinin sözlərinə görə, Minsk son illərdə qanunvericilik, iqtisadiyyat və təhlükəsizlik sahələrində atdığı addımlarla mümkün hərbi əməliyyatlara hazırlıq görür. Hesabatda Belarusun Rusiya ilə hərbi inteqrasiyasının daha da dərinləşdiyi və ölkə ərazisinin Kremlin strateji planlarında mühüm rol oynadığı vurğulanır.

Müxalifət liderlərindən Pavel Latuşko hesab edir ki, bu proseslər Belarusun gələcəkdə Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunması riskini artırır. Rəsmi Minsk isə ittihamlarla bağlı hələlik açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az