Mütəxəssislər bu payız Böyük Britaniya ərazisində gənə sancmalarının əhəmiyyətli dərəcədə artması barədə xəbərdarlıq edir və əhalini ehtiyat tədbirləri görməyə çağırıblar.
Editor.az-ın xəbərinə görə, qeyd olunur ki, gənələrə təkcə kənd yerlərində deyil, həm də şəhər mərkəzlərindəki park və bağlarda tez-tez rast gəlinir.
Gənə dişləməsi və ondan qorunma üzrə mütəxəssis Hovard Karter qeyd edib ki, piyada gəzintiyə çıxanlar, it sahibləri və vaxtını açıq havada keçirən ailələr ciddi risk altındadırlar.
Onlar vurğulayıb ki, gənə populyasiyası məhz hazırkı dövrlə noyabrın əvvəli arasında pik həddə çatıb.
Eyni zamanda, infeksiyalı gənələr vasitəsilə ötürülən ən geniş yayılmış xəstəliklərdən biri olan Laym xəstəliyi, gənə dişləməsi ətrafında dairəvi və ya oval formalı səpgi şəklində özünü büruzə verir. Dişləmədən sonrakı bir-dörd həftə ərzində meydana çıxan bu səpginin rəngi çəhrayı və ya qırmızıdan bənövşəyiyə qədər dəyişə bilər.
Dəridəki səpgilərlə yanaşı, baş ağrısı, yüksək hərarət və oynaq ağrısı kimi qripəbənzər simptomlar da müşahidə olunur. Erkən diaqnoz qoyulmayan Laym xəstəliyi sinir zədələnməsi, yaddaş problemləri və uzunmüddətli enerji itkisi kimi daimi sağlamlıq problemlərinə səbəb yol aça bilər.
//Dəniz Pənahova, Editor.az

