“Qafqaz mafiyası”nın lideri BELƏ ÖLDÜRÜLDÜ – ANBAAN VİDEO 18+backend

“Qafqaz mafiyası”nın lideri BELƏ ÖLDÜRÜLDÜ – ANBAAN VİDEO 18+

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qeysəriyyə şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində təxminən 45 yaşlı cinayətkar güllələnib.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, hadisə bazar günü baş verib.

Öldürülən şəxsin sonradan Yanis Yuşvayev olduğu müəyyənləşib. İsrail mediasının məlumatına görə, Yuşvayev ölkədə fəaliyyət göstərən “Qafqaz yəhudi mafiyası”nın rəhbəri hesab edilirdi.

Hadisədən sonra polis cinayət işi üzrə araşdırmaya başlayıb və ərazidən avtomobillə qaçan şübhəlilərin axtarışına çıxıb.

Təcili tibbi yardım əməkdaşlarının sözlərinə görə, hadisə yerinə çatdıqda Yuşvayev huşsuz vəziyyətdə olub, nəbzi və tənəffüsü olmayıb. Onun bədənində çoxsaylı ciddi nüfuzedici xəsarətlər aşkarlanıb. Həkimlər hadisə yerində ürək-ağciyər reanimasiyası apararaq yaralı şəxsi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar, lakin o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Musavat.com hadisənin görüntülərini təqdim edir: