ABŞ–İran qarşıdurmasında yeni mərhələ: Noyabrın 3-dən sonra nə baş verə bilər?backend

ABŞ–İran qarşıdurmasında yeni mərhələ: Noyabrın 3-dən sonra nə baş verə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında gərginlik davam edir. ABŞ Prezidenti Donald Tramp bazar günü İrana həmin gün zərbə endirilməyəcəyini bildirib. İran isə ABŞ-la mesaj mübadiləsinin vasitəçilər üzərindən davam etdiyini və diplomatiyaya açıq olduğunu bəyan edib. Qətər nümayəndələrinin Tehrana səfəri də gərginliyin azaldılması istiqamətində diplomatik səylərin davam etdiyini göstərir. Eyni zamanda, İsrail və Fələstin ərazilərindəki vəziyyət regional təhlükəsizlik narahatlıqlarını artırır.

ABŞ və İran arasında diplomatik təmasların davam etməsi hərbi qarşıdurmanın qarşısını almaq üçün real imkan yaradırmı, yoxsa regionda yeni eskalasiya riski hələ də yüksəkdir?

Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında yaranmış böhran davam etməkdədir.

“Xüsusilə, diplomatik danışıqlar gedir. Pakistanın müdafiə naziri İranda olub. İndi isə Səudiyyə Ərəbistanının müdafiə naziri, Pakistanın müdafiə naziri və Türkiyənin kəşfiyyat rəisi Tehranda görüş keçirəcəklər. Görünür, hazırda İranı ABŞ-la razılaşmağa sövq etməyə çalışırlar.

Çünki İranın mövqeyi kifayət qədər sərtdir və nüvə proqramından imtina etmək istəmir. Amerika Birləşmiş Ştatları isə məhz İranın nüvə proqramından imtina etməsində maraqlıdır. Hesab edirəm ki, bu ölkələr İran tərəfini müəyyən geri addımlar atmağa sövq edə, hətta buna məcbur edə bilərlər. Hazırda bütün qərarları verən şəxs Səbadır. İranda prezident və onun hökuməti ABŞ-la razılaşmağa daha çox üstünlük versə də, Səba bunun qarşısını alır.

Hesab edirəm ki, ABŞ və İran arasında bu cür vasitəçilik diplomatik kanalların fəaliyyətini davam etdirməsinə və müharibənin təxirə salınmasına gətirib çıxara bilər. Lakin nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları da İrandan, demək olar ki, öz şərtlərinə tabe olmağı tələb edir.

Bununla belə, müəyyən ortaq məxrəcə gəlinməlidir. Necə ki, Səlamat memorandumu imzalanmışdı, həmin sənədi yenidən gündəmə gətirmək və prosesi bu çərçivədə davam etdirmək olar. Lakin Səba prosesi pozdu. Hesab edirəm ki, eskalasiya riski hələ də qalır. Noyabrın 3-dən sonra Amerika İrana yenidən hərbi zərbələr endirə bilər. Bununla yanaşı, İsraildə keçiriləcək seçkilər və Netanyahunun seçilməməsi İsraili bu münaqişədən kənarda saxlaya bilər”.

//Gülnarə Abasova, Editor.az