Ermənistan nazirindən Nəsimi Musayevlə bağlı açıqlama: “Cəmi 10 dəqiqə sonra…”backend

Ermənistan nazirindən Nəsimi Musayevlə bağlı yeni açıqlama: “Cəmi 10 dəqiqə sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı insidentə aydınlıq gətirib.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Nazir polis əməkdaşının hadisə yerinə gec çatması ilə bağlı iddiaları təkzib edib:

“Polisə zəng daxil olduqdan cəmi 10 dəqiqə sonra əməkdaş hadisə yerinə çatıb. Bu barədə məlumat verən Ani Avetisyan həmin vaxt polis əməkdaşından xeyli uzaqda olub. Hazırda iş üzrə yeni hallar müəyyən edilməyib. İstintaq tədbirləri başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian icmasına daxil olan Şəki kəndində saxlanılıb. Ermənistan tərəfinin iddiasına görə, o, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.