Alimlər müəyyən ediblər: Orta Asiyada ipəkqurdu Şimal İpək Yolundan 2 min il əvvəl yetişdirilibbackend

Alimlər müəyyən ediblər: Orta Asiyada ipəkqurdu Şimal İpək Yolundan 2 min il əvvəl yetişdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Özbəkistandan olan arxeoloqlar qədim Sapalli yaşayış məskəninin ərazisində tut ipəkqurdunun baramalarını və tut ağacının qalıqlarını aşkar ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, tapıntıların yaşı 3,7–3,9 min il təşkil edir. Yaş radiokarbon analizi vasitəsilə müəyyənləşdirilib. Bu nəticə göstərir ki, Orta Asiyada tut ipəkqurdunun yetişdirilməsinə təxminən 4 min il əvvəl, yəni İpək Yolunun yaranmasından təxminən 2 min il əvvəl başlanılıb.

İndiyədək ipək istehsalı sənətinin ilk dəfə Çində meydana gəldiyi və daha sonra ipəkqurdunun yetişdirilməsi ənənəsinin təxminən 2 min il əvvəl formalaşan İpək Yolu vasitəsilə digər ərazilərə yayıldığı hesab edilirdi.

Lakin yeni arxeoloji tapıntılar bu yanaşmaya yenidən baxmağa əsas verir. Tədqiqatçılar bildirirlər ki, ipəkçilik ənənələrinin Amudərya hövzəsində İpək Yolunun meydana çıxmasından təxminən 2 min il əvvəl mövcud olması mümkündür.

Kəşf Pekindəki Çin Elmlər Akademiyasının Onurğalılar Paleontologiyası və Paleoantropologiyası İnstitutunun professoru Çjou Sininin rəhbərlik etdiyi özbək və çinli arxeoloqlar qrupu tərəfindən həyata keçirilib.

Cənubi Özbəkistan ərazisində yerləşən Sapalli qədim yaşayış məskəni Tunc dövrünə aid kənd təsərrüfatı icmasının məskunlaşdığı ərazilərdən biri olub. Bu ərazi 1960-cı illərin sonunda sovet alimləri tərəfindən aşkar edilib.

Alimlərin fikrincə, yeni tapıntı Orta Asiyada qədim insanların ipəkçiliklə məşğul olmağa nə vaxt başladığı barədə mühüm məlumatlar verir və ipək istehsalının tarixinin indiyədək düşünüldüyündən daha qədim olduğunu göstərir.

//Gülnarə Abasova, Editor.az