Zeynal Elşad oğlu Rəşidli Ağdaş təhsil sektoruna yeni rəhbər təyin olunub.
Məlumatı Oxu.Az-a onun özü təsdiq edib.
Belə ki, təyinat dünən Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilib və Zeynal Rəşidli bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, Zeynal Rəşidli 1996-cı ildə Bakı şəhərində anadan olub.
Belə ki, o, 2024-cü ilin avqust ayından Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində çalışıb. Hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Xatırladaq ki, təyinatla bağlı ilk məlumatı teleqraf.com yayıb.



