Aİ-də qaz tələbatı yenidən yüksəlibbackend

Aİ-də qaz tələbatı yenidən yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin may ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 2,3 faiz artıb.

Editor.az xəbər verir ki, Bu barədə Gas Exporting Countries Forum-un aylıq hesabatına istinadən məlumat yayılıb. Hesabata görə, qaz tələbatındakı artım əsasən sənaye və enerji sektorlarında istehlakın yüksəlməsi ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, Avropada enerji təhlükəsizliyinin təmin olunması və elektrik enerjisinə tələbatın artması qaz istehlakının yüksək səviyyədə qalmasına təsir göstərən əsas amillərdəndir.

Qeyd olunur ki, qlobal enerji bazarındakı dəyişikliklər fonunda Avropa ölkələri qaz ehtiyatlarının formalaşdırılması və enerji təchizatının şaxələndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

//Samir Qurbanov, Editor.az