Səudiyyə Ərəbistanı husilərə qarşı hərbi əməliyyat planlaşdırırbackend

Səudiyyə Ərəbistanı husilərə qarşı hərbi əməliyyat planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Riyad Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün müxtəlif variantları nəzərdən keçirir

Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilərə qarşı mümkün hərbi əməliyyat planlarını müzakirə edir. Reuters-in regional və Qərb rəsmilərinə istinadən yaydığı məlumata görə, planlar arasında Qırmızı dənizdə əsas gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədilə sahil istiqamətində irəliləyiş və bir neçə cəbhədə əməliyyatların keçirilməsi variantları var.

Husilərin Qırmızı dənizdə gəmilərə qarşı hücumları beynəlxalq ticarət marşrutları üçün ciddi risk yaradır. Riyadın mümkün əməliyyatı regionda İranla əlaqəli qüvvələrə qarşı hərbi təzyiqin daha da artmasına səbəb ola bilər.
Hazırda Səudiyyə Ərəbistanının yekun qərar verib-vermədiyi məlum deyil.

//Samir Qurbanov, Editor.az