Zelenski yeni anti-Rusiya sanksiyalarını elan edibbackend

Zelenski yeni anti-Rusiya sanksiyalarını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya əleyhinə yeni sanksiya paketlərinin hazırlanaraq tətbiq ediləcəyini açıqlayıb.

Zelenski bu barədə avqustun 14-də axşam videomüraciəti zamanı danışıb. Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksi, maliyyə sektoru və sanksiyalardan yayınmağa kömək edən vasitəçilərə qarşı yönələcək.

Ukrayna daha əvvəl də Rusiyanın hərbi sənayesi və onunla əlaqəli şirkət və şəxslərə qarşı yeni məhdudiyyətlər tətbiq edib. Avqustun 3-də Zelenski 23 şirkət və 20 şəxsi əhatə edən sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

Zelenski yeni sanksiyaların hansı tarixdə qüvvəyə minəcəyinə və siyahıya konkret olaraq hansı şirkət və şəxslərin daxil ediləcəyinə dair ətraflı məlumat verməyib.

//Samir Qurbanov, Editor.az