ABŞ “Hizbullah”a silahlarını təhvil verməyi tələb etdibackend

ABŞ “Hizbullah”a silahlarını təhvil verməyi tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Livandakı “Hizbullah” qruplaşmasına silahlarını təhvil verməsi ilə bağlı çağırış edib.

ABŞ-ın Livandakı səfiri Mişel İssa bildirib ki, “Hizbullah” silahlarını təhvil verərsə, İsrailin Livana endirdiyi zərbələr dayanacaq.

Diplomat bu barədə avqustun 14-də Beyrutda jurnalistlərə açıqlamasında danışıb.

“Silahlarını təhvil versələr, hər şey dayanacaq”, – deyə İssa bildirib.
ABŞ tərəfi “Hizbullah”ın tərksilah edilməsini Livanda təhlükəsizliyin və dövlətin silah üzərində nəzarətinin təmin olunması baxımından əsas şərtlərdən biri hesab edir. Tərəflər arasında əsas fikir ayrılığı isə tərksilah və İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasının hansı ardıcıllıqla həyata keçirilməli olması ilə bağlıdır.

//Samir Qurbanov, Editor.az