Avqustun 28-də dünyasını dəyişən Norveç kralı V Haraldın bacısı şahzadə Astrid ömrünün 95-ci ilində vəfat edib.
Editor.az xəbər verir ki, bu barədə məlumat Norveç kral sarayının rəsmi internet saytında dərc olunub.
Qeyd olunur ki, şahzadə Astrid sentyabrın 11-i, cümə günü vəfat edib.
“Əlahəzrət kral (VIII Hokon) bu gün və dəfn mərasimi günü sarayın eyvanındakı bayraqların yarıya qədər endirilməsi barədə qərar qəbul edib”, -deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, çərşənbə günü, sentyabrın 9-da Norveç kralı V Haraldın milli matəmdən sonra Osloda dəfn edildiyi barədə məlumat verilmişdi

