Amerika 11 sentyabr faciəsinin qurbanlarını yad edir
ABŞ-da 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarının 25-ci ildönümü ilə əlaqədar ölkə üzrə anım mərasimləri keçirilib.
Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, Nyu-York, Vaşinqton və Pensilvaniyada terror hücumlarının qurbanlarının xatirəsi yad edilib. Təxminən 3 min insanın həyatını itirdiyi hücumların ildönümündə qurbanların adları oxunub, bir dəqiqəlik sükut elan edilib və müxtəlif anım tədbirləri təşkil olunub.
ABŞ Prezidenti Donald Tramp Pentaqonda keçirilən mərasimdə çıxış edib. O, 11 sentyabr hadisələrinin Amerika xalqının yaddaşında dərin iz buraxdığını bildirib.
2001-ci ildə “Əl-Qaidə” üzvləri tərəfindən qaçırılan dörd sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniyada yerə düşüb.
Faciədən sonra ABŞ-ın təhlükəsizlik siyasəti, hava nəqliyyatı, kəşfiyyat və antiterror tədbirləri köklü şəkildə dəyişib.
//Samir Qurbanov, Editor.az

