Hindistan və Rusiya enerji və müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Hindistanın baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, liderlərin görüşündə enerji, müdafiə, Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Qara dəniz regionunda təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüş BRICS sammiti ərəfəsində baş tutub. Modi bildirib ki, beynəlxalq münaqişələrin həlli hərbi yolla deyil, dialoq və diplomatiya vasitəsilə həyata keçirilməlidir. Hindistanın sülh səylərinə dəstək verməyə hazır olduğu vurğulanıb.
Rusiya və Hindistan arasında enerji əlaqələri xüsusilə diqqət çəkir. Hindistan Rusiyanın neftinin əsas alıcılarından biri olaraq qalır. 2026-cı ilin iyulunda Rusiyanın Hindistanın xam neft
idxalındakı payı rekord səviyyəyə — 51 faizə çatıb.
İki ölkə 2024–2025-ci maliyyə ilində təxminən 70 milyard dollar olan ticarət dövriyyəsini 2030-cu ilə qədər 100 milyard dollara çatdırmağı hədəfləyir.
//Samir Qurbanov, Editor.az

