Kiyevdə yanacaqdoldurma məntəqələrinə Rusiya hücumu: ölənlər və yaralananlar varbackend

Kiyevdə yanacaqdoldurma məntəqələrinə Rusiya hücumu: ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə Rusiya PUA-larının hücumu nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb
Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi yeni pilotsuz uçuş aparatı hücumları nəticəsində azı iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, hücum zamanı şəhərdə iki yanacaqdoldurma məntəqəsi vurulub. Yaralananlar arasında uşağın da olduğu bildirilir. Hücuma məruz qalan obyektlərdən birinin iki dəfə hədəfə alındığı qeyd olunur.

Son həftələrdə Rusiya qüvvələrinin Ukrayna şəhərlərinə reaktiv

mühərrikli dronlardan istifadəsini artırdığı bildirilir. Hücumlar yalnız hərbi obyektlərlə məhdudlaşmır, enerji, nəqliyyat və digər mühüm infrastruktura da zərər dəyir.

Ukrayna tərəfi cavab olaraq Rusiyanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Tula və Kursk vilayətlərində üç nəfərin öldüyü barədə məlumat yayılıb.
Ukraynanın hücumlarının əsas hədəfləri arasında Rusiyanın neft infrastrukturu da olub.

//Samir Qurbanov, Editor.az