Ayselin ölümünə səbəb olan həkim həbs olunmadıbackend

Ayselin ölümünə səbəb olan həkim həbs OLUNMADI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra həyatını itirən 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.

Editor.az Xitab24.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına sözügedən xəstəxananın mama-ginekoloqu Elmira Əsgərova çıxarılıb.

Məlum olub ki, növbətçi həkim Elmira Əsgərova digər həmkarı tərəfindən əməliyyat olunan xəstəni nəzarətsiz buraxıb, işinə laqeyd yanaşıb. Nəticədə 4 saat nəzarətsiz qalan Aysel Babayevanın vəziyyəti ağırlaşıb, tromboemboliyanın ilkin əlamətlərinə reaksiyası olmayıb, tromboemboliya ilə əlaqədar vəziyyətinin ağırlaşması vaxtında müəyyən edilməyib, buna müvafiq hər hansı bir adekvat tibbi yardım, təxirəsalınmaz tədbirlər göstərilməyib.

Həkimin səhlənkarlığı Ayselin ağciyər arteriyasının trombozu ilə əlaqədar baş vermiş kəskin ağciyər-ürək çatışmazlığından müalicə aldığı Qusar RMX-də ölməsinə səbəb olub.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamları qəbul etməyib. Ayselin atası ilə həkimlərin səhlənkar davrandığını, qızının ölümündə onların günahının olduğunu bildirib. Buna baxmayaraq, zərərçəkmişin hüquqi varisi qızının ölmünündə təqsirləndirilən mama-ginekoloqu bağışladığını, ondan şikayətçi olmadığını bildirib.

Qusar Rayon Məhkəməsinin hökmünə əsasən, 1961-ci il təvəllüdlü E.Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə, 6 ay sınaq müddəti təyin olunub.

Qeyd edək ki, Aysel Babayeva ölümünə qədər iki il idi ki, sonsuzluqdan müalicə alırdı.