Trampdan miqrantlarla bağlı sərt qərar – Ali Məhkəmə icazə verdibackend

Trampdan miqrantlarla bağlı sərt qərar – Ali Məhkəmə icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına miqrantların üçüncü ölkələrə deportasiyası proqramını yenidən həyata keçirməyə icazə verib.

Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məhkəmə aşağı instansiyanın administrasiyadan miqrantları əvvəlcədən məlumatlandırmağı və onların göndəriləcəkləri ölkədə həyatları üçün təhlükə yarana biləcəyini bildirmələrinə imkan yaratmağı tələb edən qərarını müvəqqəti olaraq dayandırıb.

Tramp administrasiyası isə bu tələbin miqrantların ABŞ-dan effektiv şəkildə deportasiya edilməsinə mane olduğunu bildirib.

Qərar Ali Məhkəmə iş üzrə yekun qərar qəbul edənədək qüvvədə qalacaq.

“Reuters”in məlumatına görə, ABŞ administrasiyası ötən il bu proqram çərçivəsində 25 mindən çox miqrantı üçüncü ölkələrə deportasiya edib.

Deportasiya olunan miqrantları Cənubi Sudan, Uqanda, Ekvatorial Qvineya, Liberiya, Mərkəzi Afrika Respublikası və digər ölkələr qəbul edir. ABŞ bu dövlətlərlə miqrantların qəbuluna dair müvafiq razılaşmalar bağlayır.

Bununla yanaşı, Vaşinqton qanunsuz miqrantları ən çox Meksikaya göndərib.