Azərbaycanda yeni qəsəbə salınır.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib.
Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb.
Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır.
Qeyd edək ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur.

