Balıq sağlam qidalanmada mühüm rol oynayır. Süni intellekt qida dəyəri, omeqa-3 tərkibi və aşağı civə riski kimi meyarları qiymətləndirərək, tez-tez istehlak edilən növlər arasında xüsusilə seçilən bir növü önə çıxarıb.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.
İri və uzunömürlü balıqlarla müqayisədə civə toplanması riski daha aşağı olan hamsi, mütəmadi olaraq balıq istehlak etmək istəyənlər üçün diqqətəlayiq bir seçim kimi önə çıxıb.
Süni intellekt əsaslı qiymətləndirmələr zamanı hamsinin təkcə qida dəyəri deyil, həm də iqtisadi dəyəri nəzərə alınıb. Qızılbalıq kimi daha bahalı balıqlara potensial alternativ kimi diqqət çəkən hamsi, yüksək qida keyfiyyəti və münasib qiyməti ilə seçilib.
//Dəniz Pənahova, Editor.az

