BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Grundberg Husilərin nümayəndələri ilə danışıqlar aparıb.
Görüşlərin əsas məqsədi ölkədə son günlər artan hərbi qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaqdır.
Associated Press-in məlumatına görə, Yəmənin qərb sahillərində döyüşlərin intensivləşməsi nəticəsində yüzlərlə insan həlak olub, on minlərlə insan isə yaşayış yerini tərk edib. Grundberg tərəfləri siyasi danışıqlara qayıtmağa çağırıb.
//Samir Qurbanov, Editor.az

