Biləsuvarda zəhərlənən 10 nəfərin son durumu açıqlandıbackend

Biləsuvarda zəhərlənən 10 nəfərin son durumu AÇIQLANDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-dən APA-nın cənub bürosuna verilən məlumata görə, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

***

Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinlərinin qida zəhərlənməsinə məruz qaldığı bildirilir.

Editor.az Teleqraf-a istinadən bildirir ki, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.

İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.

Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.