Bakı Slavyan Universitetinin professoru, dəyərli alim Nəsirağa Məmmədov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, N.Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Nəsirağa Şahmurad oğlu Məmmədov 1957-ci ildə Masallı rayonunun Şıxlar kəndində anadan olub.
O, filologiya elmləri doktoru, həmçinin Bakı Slavyan Universitetinin müasir rus dili kafedrasının professoru idi.


