Rusiya Ermənistandan balıq məhsullarının idxalına məhdudiyyətləri genişləndirdibackend

Rusiya Ermənistandan balıq məhsullarının idxalına məhdudiyyətləri genişləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistandan bütün balıq emalı müəssisələrinin məhsullarının idxalına məhdudiyyət tətbiq edib.

Editor.az xəbər verir ki, qərar barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.  

Qurumun açıqlamasına görə, aşkarlanan pozuntular səbəbindən Ermənistan tərəfinə bütün balıq məhsulları üçün sertifikatlaşdırmanın dayandırılması tövsiyə olunub. Yalnız Rosselxoznadzorun yoxlamalarında birbaşa iştirak edən “MF Export” MMC və “İnvest Plyus” MMC bu məhdudiyyətdən kənarda saxlanılıb.  

Bundan əvvəl, mayın 30-dan etibarən Rusiya Ermənistandan idxal olunan bəzi giləmeyvə və təzə tərəvəz növlərinə müvəqqəti məhdudiyyət tətbiq etmişdi. Həmçinin iyunun 2-dən daşmeyvələr və üzümün Rusiyaya gətirilməsi də məhdudlaşdırılıb.  

Məhdudiyyətlər fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya ixrac edilə bilməyən məhsullara görə fermerlərin zərərlərinin kompensasiya ediləcəyini bildirib. O qeyd edib ki, ixrac qarşısında əsassız maneələr yarandığı hallarda dövlət subsidiya ayıracaq. Bununla yanaşı, Paşinyan erməni istehsalçılarının keyfiyyətsiz məhsul istehsal etdiyi halların da mövcud olduğunu etiraf edib.  

//Gülnarə Abasova, Editor.az