Rusiyada “İskəndər” raket istehsalı zavodu vuruldu: ÖLƏN və yaralılar var – VİDEObackend

Rusiyada “İskəndər” raket istehsalı zavodu vuruldu: ÖLƏN və yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Volqoqrad vilayətində zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.

“Fəsadların aradan qaldırılması zamanı müəssisə işçisinin cəsədi aşkarlanıb. Həlak olan şəxsin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə qubernator bildirib.

Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.