SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə zərbələr endirdibackend

SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran tərəfi Vaşinqtonun həyata keçirdiyi əvvəlki əməliyyatlara cavab olaraq ABŞ ordusunun mövqelərini hədəfə alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı “Tasnim” agentliyi SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) açıqlamasına istinadən yayıb.

“Düşmən təcavüzünə cavab olaraq, SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun regiondakı dislokasiya yerlərinə zərbələr endirib”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən kommersiya gəmisinə edilən hücumun qarşılığında İran ərazilərinə hərbi zərbələr endirdiyini təsdiq etmişdi.